Xəzər dənizinə şübhəli əşyalar atan 2 nəfər saxlanılıb. Bu haqda iyunun 6-da DSX xəbər yayıb.
Belə ki, Bəndovan reydində sahildən 34 kilometr məsafədə aşkarlanan qayığın təqibi zamanı içərisindəki 2 nəfərin dənizə şübhəli əşyalar atmaları müşahidə edilib.
Sərhəd gəmisi tərəfindən qayıq saxlanılıb. Qayığı idarə edənlərin Neftçala rayon sakinləri Süleymanov Ağakişi və Manafov Firdovsi olmaları müəyyən edilib.
Ərazidə aşkar edilən 3 bağlamaya baxış zamanı ümumilikdə 2 700 ədəd qanunsuz balıqovlama qarmağı, müxtəlif növ spirtli içkilər, ətriyyat aşkarlanaraq götürülüb.
Fаkt üzrə araşdırma dаvаm еtdirilir.
[URIS id=51755]