394 nəfərin aldadıb pulunu alaraq “WhatsApp” yazışmalarını ələ keçirəcəyini söz verən “Aztechnolog” adlı “İnstagram” səhifəsini idarə edən şəxs saxlanılıb. Bu haqda mayın 31-də DTX məlumat yayıb.
Bakı şəhər sakini www.instagram.com/xakkerhuseyn adı ilə qeydiyyatdan keçərək xidmətdən istifadə etmək istəyənlərin pullarını öz bank kartı hesabına köçürüb, daha sonra isə zərərçəkənlərin onunla əlaqə yaratma cəhdləri baş tutmayıb və onlara ödədikləri vəsaitin əvəzində heç bir xidmət təqdim edilməyib.
Saxlanılan şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.