Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlayıblar. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 4 oktyabr tarixində xəbər verir.
O, Bakıya gətirilib.
Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş “parlament sədri” David İşxanyan da törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan DTX tərəfindən Bakıya gətiriliblər.