Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqat mərkəzlərinin fəaliyyət göstərməsi ilə bağlı Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilib. Məsələyə mayın 7-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aydınlıq gətirilib.
“Azərbaycanda belə elmi mərkəzlər heç vaxt fəaliyyət göstərməmiş, ölkə əhalisinin və ya qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər hansı tədqiqatlar aparılmamışdır. Bu qəbildən olan məlumatların Azərbaycan tərəfinin mövqeyi öyrənilmədən beynəlxalq tədbirlərdə, o cümlədən BMT kimi mötəbər təşkilatda bəyan edilməsi təəssüf doğurur”, - deyə məlumatda bildirilib.
Əlavə olunub ki, məsələ ilə bağlı konkret faktlar təqdim edildiyi halda onlar araşdırılacaq.