top
DTX Xocavənddə mina terroru ilə bağlı cinayət işi başladıb
18 sentyabr 2023, 23:02
- +

DTX Xocavənddə mina terroru ilə bağlı cinayət işi başladıb

Xocavənddə mina partlayışı nəticəsində 2 nəfər mülki şəxsin ölməsi ilə bağlı cinayət işi başlanılıb. Bu barədə 19 sentyabr tarixində Report Dövlət Təhlükəsizliyi Xidmətinə istinadən xəbər verib.

Hadisə Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində baş verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu “Shacman Howo” markalı nəqliyyat vasitəsi sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlayıb.

Törədilən terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 43 saylı idarəsinin əməkdaşları olan mülki şəxslər - 58 yaşlı Fərhad Quliyev və 52 yaşlı Samir Sadıxov həyatlarını itiriblər.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq”, “mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi öldürmə”, “mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə” və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 18:08

II-III ixtisas qrupları üzrə qəbul şərtləri və plan yerləri açıqlanıb

Bütün Xəbərlər
Bu gün, 18:02

I ixtisas qrupu üzrə 16 265 dövlət sifarişli plan yeri ayrılıb

Bütün Xəbərlər
Bu gün, 17:29

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Bütün Xəbərlər
Bu gün, 15:17

Moldova Moskvadakı səfirini geri çağırır

Bütün Xəbərlər
Bu gün, 15:17

İnternet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlikdə yeni öhdəliklər müəyyənləşib

Bütün Xəbərlər
Bu gün, 15:16

Azərbaycanın Belçikadakı səfiri geri çağırılıb

Bütün Xəbərlər
Bu gün, 15:15

Azərbaycanın Niderlanddakı səfiri geri çağırılaraq Belçikaya təyin olunub

Bütün Xəbərlər
Bu gün, 15:14

Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb

Bütün Xəbərlər
Bu gün, 14:55

AZAL artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

Bütün Xəbərlər
Bu gün, 14:52

Tibb Universitetində bu ixtisas üzrə təhsilhaqqı 1500 manat azaldıldı

Bütün Xəbərlər
Bu gün, 14:51

Azərbaycanın Polşadakı səfiri dəyişib

Bütün Xəbərlər
Bu gün, 11:47

Səhiyyə Nazirliyi lisenziyasız fəaliyyət göstərən kosmetoloqla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib

Bütün Xəbərlər
Bu gün, 11:38

Litvanın Baş naziri İlham Əliyevə zəng edib

Bütün Xəbərlər
08 avqust 2026, 15:08

Hikmət Hacıyev: "İlham Əliyev müharibəni, həm də sülhü qazanıb"

Bütün Xəbərlər
08 avqust 2026, 13:36

12 yaşlıdan 79 yaşlıya: Mingəçevirdə Kür çayında üzgüçülük yarışı başladı

Bütün Xəbərlər
08 avqust 2026, 12:37

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bütün Xəbərlər
08 avqust 2026, 12:31

Gəncədə dalaşanları ayırarkən öldürülən şəxs tanınmış vəkilin qardaşı imiş

Bütün Xəbərlər
07 avqust 2026, 16:21

Ülviyyənin ölümünə görə həkimə bu cəza verildi

Bütün Xəbərlər
07 avqust 2026, 16:18

Daha bir qadın estetik əməliyyatdan sonra öldü

Bütün Xəbərlər
07 avqust 2026, 15:25

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Bütün Xəbərlər
07 avqust 2026, 14:38

Azərbaycanın Pakistandakı səfiri dəyişib

Bütün Xəbərlər
07 avqust 2026, 14:34

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Bütün Xəbərlər
06 avqust 2026, 17:35

Bəzi məhsulların sənədi olmadan ölkəyə gətirilməsi QADAĞAN EDİLİR

Bütün Xəbərlər
06 avqust 2026, 17:15

"Qaçqınkom" vahid aylıq müavinətin kimlərə şamil olunmadığını AÇIQLAYIB

Oxşar xəbərlər