Dubaydan ölkəmizə müxtəlif məhsulların qanunsuz keçirilməsinin qarşısı alınıb. Bu haqda iyulun 5-də Dövlət Gömrük Komitəsi xəbər yayıb.
Belə ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus çantalara gömrük yoxlaması həyata keçirilib. Vətəndaşdan bəyan edilməyən telefon və aksesuarları, siqaret, noutbuk, “playstation”, saat, dərman preparatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.