Azərbaycanın qadın güləşçisi Nigar Mirzəzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında finala yüksəlib. Bu barədə oktyabrın 21-də Güləş Federasiyasından məlumat verilib.
65 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda İtaliya təmsilçisi Elena Espositoya 3:2 hesabıyla qalib gəlib.