Azərbaycanın sərbəst güləşçisi Xadjimurad Qadjiyev dünya çempionatında gümüş medal qazanıb. Bu haqda Güləş Federasiyasından məlumat verilib.
Çempionat İspaniyanın Pontevedra şəhərində keçirilib. Görüşdə idmançımız iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə qarşılaşıb.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə və Nihat Məmmədli gümüş, Qurban Qurbanov qızıl, sərbəst güləşçilərdən isə Kənan Heybətov və İslam İlyasov bürünc medal qazanıblar.
Qadın güləşçilərdən Nigar Mirzəzadə gümüş medala sahib çıxıb.