Bu gün Azərbaycanın daha üç qadın güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayacaq.Bu haqda oktyabrın 20-də Report xəbər yayıb.
Məlumata görə, 53 kq çəki dərəcəsində çıxış edən Gültəkin Şirinova 1/8 final mərhələsində Zeynep Yetgillə (Türkiyə) üz-üzə gələcək.
62 kq-da yarışan Birgül Soltanova təsnifatda Astirid Xirinosla (Venesuela), 65 kq-dakı Nigar Mirzəzadə eyni raundda Nerea Blanko (İspaniya) ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə və Nihat Məmmədli gümüş, Qurban Qurbanov isə qızıl medal qazanıb.