Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi iyunun 26-da keçiriləcək tədbirlə bağlı sürücülərə müraciət edib. Bu barədə Report xəbər yayıb.
İdarənin baş inspektoru bildirib ki, sabah, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakıda müxtəlif küçə və prospektlərdə hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq.
Bununla əlaqədar:
- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami kinoteatrı - Neftçilər prospekti - Azadlıq meydanı - AMAY ticarət mərkəzi;
- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;
- Şəhidlər Xiyabanı - Alov qüllələri - İçərişəhər metrosu - Qala qapısı - Kukla teatrı - AzNeft dairəsi - Bəhram Gur heykəli;
- Zabitlər parkı - Milli Sirk - Heydər Əliyev sarayı - Səməd Vurğun küçəsi - Neftçilər prospekti;
- Nərimanov heykəli - Mərkəzi park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Milli Bank istiqamətlərində şəxsi minik maşınlarından istifadə etmək tövsiyə olunmur.
“Bu, tədbirin yüksək səviyyədə keçirilməsi üçün vacibdir", - deyə idarənin baş inspektoru vurğulayıb.