Dövlət Yol Polisi İdarəsi Formula 1-lə bağlı paytaxt sakinlərinə və qonaqlarına müraciət edib. Bu barədə iyunun 1-də idarədən APA-ya bildirilib.
Əhalidən iyunun ilk 15 günü ərzində şəxsi avtomobillərdən maksimum dərəcədə az istifadə etmək xahiş edilir. Bu müddət ərzində ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.
Şəxsi avtomobillə hərəkət edənlərə alternativ yollar təqdim edilir:
- Cənubdan Bakının mərkəzinə doğru Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla 20 Yanvar və ya Yeni Yasamal ərazisindən keçməklə;
- Mərkəz istiqamətində 20-ci sahə ərazisindən keçməklə, Bayıl qəsəbəsində yaşayanlara isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə hərəkət etməklə.