"BakuBus" 121E nömrəli müntəzəm marşrut xəttini istifadəyə verib. Bu barədə 4 iyul tarixində Oxu.Az məlumat verib.
Bildirilib ki, avtobuslar 12 dəqiqə intervalla metronun "Əhmədli" stansiyası ilə Hövsan Yaşayış Kompleksi arasında hərəkət edəcək.
Gediş haqqı 70 qəpikdir.