top
Elariz Məmmədoğlunun qızı milyonluq dələduzluqda təqsirləndirilən həyat yoldaşının məhkəməsində ifadə verib
30 iyun 2025, 06:38
- ↺ +

Elariz Məmmədoğlunun qızı milyonluq dələduzluqda təqsirləndirilən həyat yoldaşının məhkəməsində ifadə verib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nizami Alışanın həyat yoldaşı Günel Elariz qızı Alışan ifadə verib. Şahid bildirib ki, onun yoldaşı ilə əlaqəsi aprelin 9-da kəsilib: "Nizami aprelin 9-u mənə dedi ki, işdədir. Oradan çıxıb Babək Məmmədovla görüşməyə gedəcək. Mən də uşaqları bağçadan götürməyə getdim. Aprelin 11-də mənə onun öz nömrəsindən zəng gəldi. Nizami dedi ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindədir”.

Digər şahid Rövşən Tağı oğlu Dadaşov hazırda 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyini deyib. Bildirib ki, ötən aylarda Cinayət Məcəlləsinin 178.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub: "Çalışdığım dövrlərdə Nizami Alışan bizə treninqlə bağlı müraciət edib. Ona bu sahəni mən öyrətmişəm. Daha sonra Nizami özü bu sahə ilə sərbəst şəkildə məşğul olub. O, İnvest.az-ın maliyyə şöbəsi ilə əməkdaşlıq edib, mədaxil-məxariclər ediblər. Mən mühasibatlıqda çalışmıram deyə dəqiq məlumat verə bilmirəm. Digər proseslərdən xəbərim olmayıb".

Vəkil Samir İsayev vəsatət verərək İnvest.az-ın direktoru Elşən Quliyevin dindirilməsini xahiş edib. Bundan əlavə, Babək Məmmədzadənin aprelin 9-nu əhatə edən anten məlumatlarının məhkəməyə təqdim olunmasını xahiş edib.

Hər iki vəsatət təmin edilib. Proses iyulun 7-nə təxirə salınıb.

Qeyd edək ki, iş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.

İttihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.

Babək Məmmədzadə “Aztelecom” MMC-nin sabiq direktoru Məhəmməd Məmmədovun oğludur.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Bu gün, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Bu gün, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Bu gün, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Bu gün, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Bu gün, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Bu gün, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Bu gün, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Bu gün, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Bu gün, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Bu gün, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Cəmiyyət
Bu gün, 11:09

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Cəmiyyət
Bu gün, 10:50

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Cəmiyyət
Bu gün, 10:28

Azərbaycan Prezidenti: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

Cəmiyyət
Bu gün, 10:15

Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

Cəmiyyət
Bu gün, 09:33

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Cəmiyyət
Bu gün, 09:23

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi

İdman
Bu gün, 09:10

Keyn 25 ildən sonra "Qızıl top"u İngiltərəyə qaytardı, Londondakı yubiley gecəsi isə İspaniya və "Barselona"nın zəfərinə çevrildi

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından altı il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Cəmiyyət
Dünən, 16:04

Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB

Siyasət
Dünən, 16:02

Hikmət Hacıyev: "İrana hücum edəcək İsrail qüvvələrinin ölkəmizdə olması ilə bağlı CNN-in xəbəri yalan idi"

Siyasət
Dünən, 15:36

Hikmət Hacıyev: "Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir"

Cəmiyyət
Dünən, 14:09

Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

Oxşar xəbərlər