top
Elçin Quliyev Ermənistana xəbərdarlıq edib
06 oktyabr 2023, 02:18
- +

Elçin Quliyev Ermənistana xəbərdarlıq edib

“Bu gün bütün dövlət sərhəd xətti boyu, o cümlədən də Ermənistan ilə dövlət sərhədində əməliyyat şəraiti ciddi nəzarətimiz altındadır, sərhəd təhlükəsizliyimizə qarşı yönələ bilən istənilən təhdidin qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq”.

Insanoid-in məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib.

O vurğulayıb ki, 2022-ci il sentyabr ayında sərhəd döyüş məntəqələrimizə qarşı təxribat törədən düşmən Azərbaycan əsgərinin döyüş əzminin, Azərbaycan sərhədçisinin döyüş ruhunun bir daha şahidi oldu:

“Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində genişmiqyaslı təxribatının qarşısı qəhrəmancasına alındı, düşmənin canlı qüvvəsi, artilleriya və minaatanla yanaşı, döyüş postları, dayaq məntəqələri, atəş nöqtələri zərərsizləşdirildi”.

E.Quliyev xatırladıb ki, döyüş əməliyyatları zamanı “Harop” və “Quzğun” zərbəendirici PUA-larının tətbiqi nəticəsində düşmənə uzaq məsafədən Azərbaycanın hava məkanını nəzarətdə saxlamaq imkanı verən 7 ədəd "S-300" sistemi (44 günlük müharibədə isə 8 ədəd məhv edilib), döyüş dəstləri ilə birlikdə 2 ədəd "S-125" kompleksinin idarəetmə stansiyaları, "P-18" radiolokasiya sistemi, R-330 "Jitel" elektron mübarizə mərkəzi və sistemin anten gücləndirici qurğuları, onlarca döyüş məntəqəsi məhv edildi:

“Dəqiq zərbələr nəticəsində düşmənin hərbi sursat anbarı sıradan çıxarıldı və bu hərbi bazadakı yanğın saatlarca raketlərin və sursatların partlaması ilə müşayiət olundu. Silahlı Qüvvələrimizin sarsıdıcı zərbələri altında böyük itkilər verdiyini görən və sərhəd-döyüş məntəqələrimizə qarşı hərbi təxribat törətməklə çox ciddi yanlış addım atdığını başa düşən Ermənistanın hərbi-siyasi rəhbərliyi öz havadarları vasitəsilə atəşkəs rejiminin bərpa olunması barədə müraciət etdi”.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 15:08

Hikmət Hacıyev: "İlham Əliyev müharibəni, həm də sülhü qazanıb"

Bütün Xəbərlər
Dünən, 13:36

12 yaşlıdan 79 yaşlıya: Mingəçevirdə Kür çayında üzgüçülük yarışı başladı

Bütün Xəbərlər
Dünən, 12:37

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bütün Xəbərlər
Dünən, 12:31

Gəncədə dalaşanları ayırarkən öldürülən şəxs tanınmış vəkilin qardaşı imiş

Bütün Xəbərlər
07 avqust 2026, 16:21

Ülviyyənin ölümünə görə həkimə bu cəza verildi

Bütün Xəbərlər
07 avqust 2026, 16:18

Daha bir qadın estetik əməliyyatdan sonra öldü

Bütün Xəbərlər
07 avqust 2026, 15:25

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Bütün Xəbərlər
07 avqust 2026, 14:38

Azərbaycanın Pakistandakı səfiri dəyişib

Bütün Xəbərlər
07 avqust 2026, 14:34

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Bütün Xəbərlər
06 avqust 2026, 17:35

Bəzi məhsulların sənədi olmadan ölkəyə gətirilməsi QADAĞAN EDİLİR

Bütün Xəbərlər
06 avqust 2026, 17:15

"Qaçqınkom" vahid aylıq müavinətin kimlərə şamil olunmadığını AÇIQLAYIB

Bütün Xəbərlər
06 avqust 2026, 15:12

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi geri çağırılıb, yenisi təyin olunub

Bütün Xəbərlər
06 avqust 2026, 12:24

Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsində qərar elan olunub - YENİLƏNİB - FOTO

Bütün Xəbərlər
06 avqust 2026, 11:52

Kiyevdə Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü başlayıb - YENİLƏNİB

Bütün Xəbərlər
06 avqust 2026, 11:45

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır

Bütün Xəbərlər
06 avqust 2026, 10:59

Gürcüstana gedən vətəndaşlar Bakıya qatarla qayıda bilmir - ADY-dən AÇIQLAMA

Bütün Xəbərlər
06 avqust 2026, 10:41

"Qarabağ" - "Dinamo" oyununun biletləri satışa çıxarılır

Bütün Xəbərlər
05 avqust 2026, 17:02

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Bütün Xəbərlər
05 avqust 2026, 16:43

Məleykə Abbaszadə abituriyentlərə ÇAĞIRIŞ edib

Bütün Xəbərlər
05 avqust 2026, 15:49

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Bütün Xəbərlər
05 avqust 2026, 14:42

Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib

Bütün Xəbərlər
05 avqust 2026, 14:13

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

Bütün Xəbərlər
05 avqust 2026, 10:50

Amerikada yaşayan türkəsilli tədqiqatçı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz edib

Bütün Xəbərlər
05 avqust 2026, 10:10

MİQ üzrə vakansiya seçimi başladı

Oxşar xəbərlər