Energetika naziri Pərviz Şahbazov Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu haqda nazirliyin rəsmi səhifəsində iyunun 6-da məlumat verilib.
Görüş 24 iyun saat 11:00-da Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunacaq.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon, “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Eyni zamanda, Nazirliyin saytının “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də görüşə yazılmaq olar.