Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə 4 sentyabr tarixindən 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində xidmətlərin göstərilməsinə başlanılıb.
Bu barədə 5 sentyabr tarixində nazirlik məlumat yayıb.
Nazirlik tərəfindən verilən icazələr üzrə sənədlərin qəbulu və hazır icazələrin verilməsi şənbə və bazar günləri də daxil olmaqla həftənin bütün günləri 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində həyata keçiriləcək.