Mövqelərimiz Ermənistanın artilleriya qurğularından atəşə tutulur. Bu barədə İnsanoid Müdafiə Nazirliyinə istinadən bu gün, 19 sentyabr tarixində xəbər verir.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutur.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.