Erməni terroru nəticəsində həlak olan polis serjantı Seymur Mahmudovla vida mərasimi keçirilib.
Bu barədə 20 sentyabr tarixində Report xəbər verib.
Mərasim Bakının Rəsulzadə qəsəbəsində keçirilib. Mərhumun cənazəsi Binəqədidə yerləşən Şəhidlər xiyabanına aparılır.
Mərasimdə mərhumun yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.