Ermənistan silahlı qüvvələrinin törətdiyi terror aktı nəticəsində həlak olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Vidadi Fərhadovla vida mərasimi keçirilir.
Bu barədə 20 sentyabr tarixində Report xəbər verib.
Vida mərasimi mərhumun Yasamal rayonundakı evində keçirilir.
Mərasimdə mərhumun ailə üzvləri, Şuşa rayon İcra Hakimiyyətinin, həmçinin Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vidadi Fərhadov bu gün Abşeron rayonunun Mehdiabad qəsəbəsində şuşalıların dəfn olunduğu məzarlıqda torpağa tapşırılacaq.