Gəncədə Vətən müharibəsi zamanı şəhid olan mülki vətəndaşların xatirəsi anılıb. Bu barədə İnsanoid Gəncə Şəhər İcra Hakimiyyətinə istinadən bu gün, 4 oktyabr tarixində xəbər verir.
Anım mərasimində Gəncə şəhərində səfərdə olan Azərbaycan Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov və Türkiyənin Kənd Təsərrüfatı Sığortası Hovuzu (TARSİM) təşkilatının İdarə Heyətinin sədri Osman Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
![]()