İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Estoniya Respublikası parlamentinin sədri Yuri Ratasla görüşüb. Bu barədə 26 may tarixində İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Nazir müavini ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, Estoniyanın iş adamlarını fəal əməkdaşlığa dəvət edib. Qeyd edilib ki, ölkəmizdə 30-dan çox Estoniya şirkəti fəaliyyət göstərir.
Yuri Ratas ölkəsinin Azərbaycanla tərəfdaşlığın genişlənməsində, Estoniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə iştirakda maraqlı olduğunu bildirib.