Cəbrayıl rayonu ərazisində təməli qoyulan Azərbaycan-Türkiyə Beynəlxalq Təlim-Tədris Mərkəzinin ərazisində "Dostluq meşəsi" yaradılacaq. Bu barədə 21 oktyabr tarixində APA ekologiya və təbii sərvətlər nazirinin müavininin sözlərinə istinadən məlumat verib.
Nazir müavini layihənin 2024-cü ildə yekunlaşacağını bildirlib: “Artıq bu ilin yay ayında tikinti və torpaqlama işləri başlayıb”.
Onun sözlərinə görə, “Dostluq meşəsi" 20 hektar ərazini əhatə edəcək.