Nardaranda evində 4 kiloqram 824 qramdan artıq çəkidə gümüşü rəngli civə saxlayan şəxs saxlanılıb. Bu haqda iyunun 9-da APA məlumat yayıb.
Saxlanılan şəxs əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Bakı şəhər sakinidir.
Həmçinin o, iyunun 3-də Nardaran bağlarındakı evlərin birindən 1000 manat dəyərində məişət əşyalarını oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.