Füzuli rayonunun Qazaxlar kəndində 11 şəhidin abidəsi və bulağının açılışı olub. Bu haqda dekabrın 28-də Azərtac məlumat yayıb.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Vətən uğrunda canını fəda edən qəhrəmanların ruhuna dualar oxunub.
Burada Birinci Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin və atəşkəs dövründə ermənilərin mülki əhaliyə qarşı törətdiyi təxribatlar zamanı şəhid olan vətəndaşların fotoları yer alıb.