Füzuli və Cəbrayıl rayonunda minaya düşən iki hərbçi və bir mülki şəxsin əlillik səviyyəsində olduğu müəyyən edilib. Bu barədə dekabrın 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, onlara qısa zamanda əlillik dərəcələri təyin ediləcək.
Noyabrın 28-də hərbi qulluqçular Sarib Məmmədzadə və Murad Məmmədzadə Füzulidə, noyabrın 29-da isə təmir-tikinti işləri aparan Natiq Məmmədov Cəbrayılda minaya düşmüşdür.
[gallery columns="2" size="large" ids="15161,15162"]