Mayın 24-də Abşeron rayonunun Fatmayı kəndində yol qəzasında bir nəfər ölüb. Bu barədə Daxili İşlər Nazirliyindən APA-ya bildirilib.
“VAZ-21154” və “Priora” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü xəsarətlə xəstəxanaya yerləşdirilib, “VAZ”ın sürücüsü orada ölüb.
Faktla bağlı araşdırma aparılır.