“Aqrar İnkişaf Könüllüləri” təşkilatı “Smart Suvarma” layihəsinə start verir. Bu haqda Kənd Təsərrüfatı Nazirliyinin saytında 9 dekabr tarixində məlumat verilib.
Layihənin məqsədi su ehtiyyatlarından səmərəli istifadə və müasir suvarma sistemlərinin tətbiqinin təşviq edilməsidir.
Belə ki, layihə ilə bağlı Kürdəmir, Qazax, Füzuli, Beyləqan, Tərtər, Samux və Ağdaş rayonlarına səfərlərin təşkil edilməsi nəzərdə tutulub. Fermerlər üçün sudan səmərəli istifadənin təşkili və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün əsas su idarəetmə metodları ilə bağlı təlimlər təşkil olunacaq.
Qeyd edək ki, gələcəkdə meliorasiya və su təsərrüfatı üzrə məlumat bazasının yaradılması planlaşdırılır.