Ötən sutkada 12 yanğına çıxış olub. Ümumilikdə gün ərzində 14 nəfər xilas edilib. Bu barədə mayın 21-də Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.
Yanğın zamanı 7 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin Abşeron rayonu, Novxanı kəndində özünü dənizə ataraq intihara cəhd edən şəxs xilas edilib.
Xudat şəhərində isə “Opel” markalı avtomobil ağaca çırpılıb. Yaralanaraq sıxılı vəziyyətdə qalan sürücü deformasiyaya uğrayan avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.