Ötən gün Azərbaycanda 47 yanğın baş verib. Bu barədə iyunun 9-da Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
5 halda köməksiz vəziyyətdə qalma və intihara cəhd faktı üzrə əməliyyatlar keçirilib. Yanğınlar söndürülüb.
FHN-in qüvvələri tərəfindən 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib. 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.