Ötən gün Azərbaycanda 61 yanğın baş verib. Bu barədə iyunun 2-də Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
3 köməksiz vəziyyətdə qalma faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində yanğınların söndürülməsi təmin edilib.
FHN-in qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 4 nəfər xilas olunub. Həmçinin 64 yaşlı şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.