Gəncədə qanunsuz tikili sökülüb. Bu barədə 23 iyul tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bu çərçivədə Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.