FHN-in yüksək vəzifəli şəxsinə cinayət işi başlanılıb. Bu barədə Report-a mayın 12-də Quba Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, FHN-in texnika üzrə sabiq rəis müavini Ramil Əliyev işlədiyi dövrdə ayrı-ayrı şəxslərdən işə düzəltmək adı ilə pul tələb edib. Onun ümumilikdə 21 500 manat pul ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.