Abşeron rayonunun Masazır qəsəbəsində yanğın olub. Bu barədə 19 iyul tarixində APA məlumat verib.
Ümumi sahəsi 240 kvadratmetr olan birmərtəbəli, 4 otaqlı, mansarda tipli, tikintisi başa çatmayan evdə mansardanın yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.