Ötən gün Azərbaycanda 101 yanğın baş verib. Bu barədə iyulun 1-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə əməliyyatlar həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində yanğınların söndürülməsi təmin edilib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən 9 nəfər xilas olunub. Eyni zamanda iyunun 27-də Qubada kanalda batmış 27 yaşlı Rəvan Əmirovun meyiti tapılıb. Cəsəd aidiyyəti üzrə təhvil verilib.