Ötən gün Azərbaycanda 26 yanğın baş verib. Bu barədə mayın 19-da Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
2 köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində yanğınların söndürülməsi təmin edilib.
Ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər, o cümlədən Bərdədə iki avtomobilin toqquşması nəticəsində deformasiyaya uğrayan yük avtomobilində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.