Ötən gün Azərbaycanda 51 yanğın baş verib. Bu barədə iyunun 25-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
8 halda köməksiz vəziyyətdə qalma və 1 yol qəzası faktı üzrə əməliyyatlar həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində yanğınların söndürülməsi təmin edilib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 8 nəfər xilas olunub. Eyni zamanda Şəkidə qəzaya uğrayan yük avtomobilindən 1963-cü il təvəllüdlü Mahir Hacırəhimovun meyiti çıxarılıb. Cəsəd aidiyyəti üzrə təhvil verilib.