Ötən gün Azərbaycanda 78 yanğın baş verib. Bu barədə iyunun 18-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
4 halda köməksiz vəziyyətdə qalma, 3 intihara cəhd və 1 yol qəzası faktı üzrə əməliyyatlar həyata keçirilib.
FHN-in qüvvələri tərəfindən ümümulikdə 11 nəfər xilas olunub. Həmçinin Gədəbəyin Kiçik Qaramurad kəndində yük avtomobili dərəyə aşıb. Sürücü nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.