Ötən gün Azərbaycanda 65 yanğın baş verib. Bu barədə iyunun 20-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində yanğınların söndürülməsi təmin edilib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən 7 nəfər xilas olunub.