Ötən sutka ərzində 39 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə 20 may tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5 nəfər xilas edilib.
Qeyd olunub ki, həmçinin, Mingəçevir şəhərində 1954-cü il təvəllüdlü qadının meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.