Ötən sutka ərzində 10 yanğına çıxış olub. Bu barədə 18 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
4-ü azyaşlı olmaqla 5 nəfər xilas edilib.
Həmçinin Goranboy rayonunun Veyisli kəndində “Mercedes” və “Daewoo” markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.