Ötən sutka ərzində 78 yanğına çıxış olub. Bu barədə 22 iyun tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər, o cümlədən çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib və Gəncə şəhərində doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyən 1 nəfər xilas olunub.