Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirib. Bu barədə 4 iyul tarixində Oxu.az məlumat verib.
Əməliyyat qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında həyata keçirilib.
Bir sıra vəzifəli şəxslərin istintaqa cəlb edildiyi bildirilir.
Əməliyyat barədə rəsmi məlumat verilməyib.