Finalda 6 qat Avropa çempionu olan Rumıniya millisinə qalib gələn minifutbol yığmamız iyunun 13-də Azərbaycana geri dönüb.
Minifutbol üzrə Avropa çempionu olan milli komandanın kapitanı Ramil Həsənzadə qitə birinciliyində qalib gəlməyin o qədər də asan olmadığını və birinci oyundan sonuncu oyunadək qarşılaşmaların çox çətin olduğunu qeyd edib.
Finalda vurulan yeganə qolun müəllifi Seymur Məmmədov: “Finalda qol vurmaq hər bir futbolçunun arzusudur. Xüsusən də, bunun qələbə qolu olması”.
11 iyun tarixində Slovakiyanın Koşitse şəhərində keçirilən minifutbol üzrə Avropa çempionatının finalında Azərbaycan yığması Rumıniya millisinə 1:0 hesabı ilə qalib gələrək ilk dəfə Avropa çempionu adını qazanıb. Oyunda yeganə qolu qarşılaşmanın 25-ci dəqiqəsində Seymur Məmmədov vurub. Turnirin ən yaxşı qolkiperi yığmamızın oyunçusu Davud Kərimi, ən yaxşı oyunçusu isə Bəxtiyar Sultanov seçilib.
Qeyd edək ki, bu, minifutbol yığmamızın Avropa çempionatlarında ikinci çıxışıdır. 2018-ci ildə keçirilən qitə birinciliyində yığmamız qrupdan çıxa bilməmişdi.
Final oyununun icmalı: