Bu gün, iyunun 16-da Bakıda Fintex Sammiti 2022 - Maliyyə və Texnologiyalar Sərgisi start götürüb.
Bu platformanın məqsədi yeni maliyyə və bankçılıq məhsulları, innovativ ödəmə həlləri, rəqəmsal valyutalar və digər sahələrdə əməkdaşlıqlara imkan yaratmaqdır.
Tədbirdə 60 məruzəçi, 120 şirkət və bu sektoru təmsil edən 2 000 nümayəndə iştirak edəcək.
Sammit iyunun 17-də öz işinə davam edəcək.