Bakı-Qazax yolunda “Ford” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə bir nəfər həlak olub. Bu haqda iyunun 16-da APA məlumat yayıb.
Hadisə Ələt qəsəbəsi ərazisində baş verib. “Ford” markalı avtomobilin sərnişini - Kürdəmir rayon sakini Yolçu Əhmədov hadisə yeridə ölüb. Məlumata görə, o, 2002-ci il təvəllüdlü idi.
Faktla bağlı araşdırma başladılıb.