top
Forma qalmaqalı böyüyür: “Xankəndi” “Şəmkir”i günahlandırdı
10 mart 2026, 01:41
- +

Forma qalmaqalı böyüyür: “Xankəndi” “Şəmkir”i günahlandırdı

"Xankəndi" futbol klubu ötən gün II Liqasının XVII turunda "Şəmkir"lə keçirilməli olan oyun öncəsi yaranmış xoşagəlməz vəziyyətlə bağlı bəyanat yayıb.

İdman.Biz xəbər verir ki, açıqlamada deyilir:

"Oyundan əvvəl komandaların meydançaya çıxışı və təşkilati prosedurlar zamanı formalarla bağlı texniki problem ortaya çıxıb. Məsələ dərhal oyunun təşkilati məsul şəxslərinin diqqətinə çatdırılıb və qaydalara uyğun şəkildə həll olunması üçün addımlar atılıb.

Bu mərhələdə qarşılaşmanın rəsmi nümayəndələri (AFFA və PFL, eləcə də oyuna təyinat almış hakimlər briqadası və inspektor), o cümlədən yarışın təşkilində iştirak edən qurumların rəsmiləri ilə onlayn formatda təcili müzakirələr aparılıb, yaranmış vəziyyətin aradan qaldırılması və oyunun baş tutması üçün müxtəlif variantlar nəzərdən keçirilmişdir.

Qeyd etmək lazımdır ki, yarışın Əsasnaməsinə uyğun olaraq oyunun əsas təşkilati məsuliyyəti oyuna təyin olunmuş Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) nümayəndəsinin üzərinə düşür və oyundan əvvəl, oyun zamanı və oyundan sonra onun verdiyi qərar və tələblər bütün iştirakçılar tərəfindən qeyd-şərtsiz yerinə yetirilməlidir.

"Xankəndi" olaraq klubumuz yaranmış vəziyyətə baxmayaraq, qarşılaşmanın keçirilməsi üçün bütün mümkün həll yollarını və tövsiyələri dəstəkləmiş, rəsmi şəxslərin qərarlarına uyğun şəkildə hərəkət etmiş və oyunun baş tutması üçün üzərinə düşən bütün addımları atıb.

Məqsədimiz çempionatın idman prinsiplərinə uyğun olaraq mübarizənin meydanda baş tutması və azarkeşlərin gözlədiyi oyunun keçirilməsi idi. Bununla yanaşı, baş vermiş hadisənin mahiyyətini tam aydınlaşdırmaq üçün bəzi məqamları xüsusi olaraq qeyd etməyi vacib hesab edirik.

"Xankəndi" olaraq komandamız oyuna hazırlıq zamanı Peşəkar Futbol Liqası və AFFA tərəfindən müəyyən edilmiş bütün tələblərə tam əməl edərək stadiona gəlmişdir. Klubumuz oyun üçün iki fərqli rəngdə forma dəstini hazır vəziyyətdə təqdim etmişdir. Qeyd edək ki, AFFA və PFL nümayəndələri, eləcə də hakimlər briqadası və inspektor bunu yerində yoxlayıb dəqiqləşdirdilər.

Yarış qaydalarına əsasən ev sahibi komanda oyundan ən azı iki gün əvvəl hansı forma ilə meydana çıxacağı barədə müvafiq qurumlara və rəqib klubun rəsmi elektron poçt ünvanına məlumat verməlidir. Bu oyunda məlumat ən gec iki gün öncə saat 16:00-dək təqdim olunmalı idi. Qonaq komanda məhz bu məlumat əsasında öz formasını müəyyənləşdirir.

Təəssüf ki, "Şəmkir" Əsasnamənin bu tələbini pozaraq forma ilə bağlı məlumatı əvvəlcədən təqdim etməmişdir və ilk problem məhz bu səbəbdən yaranıb.

Bundan əlavə, oyun günü ev sahibi komandanın yalnız bir forma dəsti ilə stadiona gəldiyi və alternativ forma təqdim edə bilmədiyi məlum olmuşdur. Yaranmış vəziyyətin aradan qaldırılması və oyunun keçirilməsi üçün müxtəlif həll variantları müzakirə olunsa da, nəticə etibarilə "Şəmkir" komandası bu tövsiyələrin heç birinə məhəl qoymayıb, beləliklə müxtəlif bəhanələr gətirərək oyuna çıxmaqdan imtina etmişdir.

"Xankəndi" olaraq bir daha vurğulayırıq ki, klubumuz oyun üçün AFFA və PFL nümayəndələrinin, rəsmi şəxslərin bütün təşkilati, texniki tələblərini və tövsiyələrini nəzərə alaraq tam şəkildə yerinə yetirmiş və qarşılaşmaya hazır vəziyyətdə olmuşdur.

PFL-in hadisə ilə bağlı açıqlamasında göstərilmişdir ki, qonaq komanda olan “Xankəndi” Əsasnamə üzrə problemin yaranmasına görə məsuliyyət daşımamasına baxmayaraq, oyunun keçirilməsi üçün AFFA nümayəndəsinin və PFL-in bütün tələblərini yerinə yetirərək Azərbaycan futbolunun maraqlarına xidmət etmişdir.

Bir daha bəyan edirik ki, biz hər zaman çempionatın idman prinsiplərinə, qaydalarına və Azərbaycan futbolunun maraqlarına sadiq qalmışıq və sadiq qalmaqda davam edəcəyik.

Bununla belə, baş vermiş hadisə ilə bağlı yekun ədalətli qərarın Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müvafiq qurumları tərəfindən yarış qaydalarına uyğun şəkildə veriləcəyinə inanırıq".

Son xəbərlər

Bütün Xəbərlər
05 sentyabr 2026, 17:12

"İstisu"da su kəsilməyib – görüntülər həqiqəti ortaya qoyur - VİDEO

Bütün Xəbərlər
05 sentyabr 2026, 14:03

Bazar günü yağış yağacaq - PROQNOZ

Bütün Xəbərlər
05 sentyabr 2026, 13:46

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

Bütün Xəbərlər
05 sentyabr 2026, 12:18

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - YENİLƏNİB

Bütün Xəbərlər
04 sentyabr 2026, 17:34

Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Bütün Xəbərlər
04 sentyabr 2026, 15:12

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Bütün Xəbərlər
04 sentyabr 2026, 13:39

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Bütün Xəbərlər
04 sentyabr 2026, 13:00

Şənbə günü 35 dərəcə isti olacaq

Bütün Xəbərlər
04 sentyabr 2026, 09:12

Prezident İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini ən uzun müddətli vəzifədə olması münasibəti ilə təbrik edib

Bütün Xəbərlər
03 sentyabr 2026, 17:54

Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub

Bütün Xəbərlər
03 sentyabr 2026, 16:59

Azərbaycanda federasiyalardan biri fəaliyyətini dayandırıb

Bütün Xəbərlər
03 sentyabr 2026, 16:33

"Mançester Yunayted" – "Sabah" matçına ən ucuz biletin qiyməti açıqlandı

Bütün Xəbərlər
03 sentyabr 2026, 15:16

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı bilinib

Bütün Xəbərlər
03 sentyabr 2026, 15:11

"Formula 1"ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

Bütün Xəbərlər
03 sentyabr 2026, 14:33

Direktor vəzifəsini itirdi, məktəbin tualetini dağıtdı - İDDİA

Bütün Xəbərlər
03 sentyabr 2026, 12:43

Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Bütün Xəbərlər
03 sentyabr 2026, 12:40

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il həbs cəzası verilib

Bütün Xəbərlər
03 sentyabr 2026, 12:29

Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti və sülh prosesini müzakirə edib

Bütün Xəbərlər
03 sentyabr 2026, 11:42

Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Bütün Xəbərlər
03 sentyabr 2026, 11:34

Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarını təbrik edib

Bütün Xəbərlər
03 sentyabr 2026, 11:24

Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

Bütün Xəbərlər
03 sentyabr 2026, 10:17

3 yaşlı uşağın ət maşınında qopan əli 8 saatlıq əməliyyatla bərpa edildi

Bütün Xəbərlər
02 sentyabr 2026, 17:04

Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq - FOTO

Bütün Xəbərlər
02 sentyabr 2026, 17:00

Millinin baş məşqçisi: "Valideynlər qız övladlarını avarçəkməyə göndərmək istəmirlər"

Oxşar xəbərlər