“Formula 1” üzrə Azərbaycan Qran Prisində iştirak etmək üçün gələn turistlərin hər biri ölkəmizdə orta hesabla 3000 dollar pul xərcləyir. Bu haqda 2 iyun tarixində Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanova istinadən Trent məlumat yayıb.
Ə.Qurbanovun sözlərinə görə, sözügedən yarışa baxmağa gələnlər, adətən, maddi imkanları yüksək olan şəxslərdir: “Onlar daha çox 5 ulduzlu hotellərdə qalır, paytaxtın turistik yerlərində, ictimai-iaşə obyektlərində kifayət qədər pul xərcləyirlər. Bu il keçiriləcək Azərbaycan Qran Prisinə gələcək turistlərin sayı isə ən azından 2019-cu ildəki qədər olacaq”.
“Formula 1” üzrə Azərbaycan Qran Prisi iyunun 10-12-si baş tutacaq.