“Formula 1” Azərbaycan Qran-prisinin keçiriləcəyi müddət ərzində nəqliyyatın giriş-çıxışı üçün "Yaşayış Yerinə Giriş İcazəsi” təqdim ediləcək. Bu barədə iyunun 6-da Report Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verib.
Sözügedən sənədi həftənin bazar ertəsindən cümə gününədək, saat 10:00-dan 17:00-dək paylanma məntəqələrindən əldə etmək mümkündür.
"Formula 1" yarışları ilə əlaqədar paytaxtın İçərişəhər, Azadlıq meydanı və onun yaxınlığındakı küçələr və BMT-nin 50 illiyi küçəsi ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılır.
Azərbaycan Qran-prisi iyunun 10-12-də baş tutacaq.