Bakı treki 6 iyun gecə saatlarından 7 iyun səhər saatlarınadək bağlı olacaq. Bu haqda mayın 30-da Trend xəbər verib.
İyunun 7-də trek hazır vəziyyətdə olacaq və Beynəlxalq Avtomobil Federasiyası ona baxış keçirəcək. Ehtiyac yaranarsa, düzəlişlər ediləcək.
Paytaxtda baş tutacaq Formula 1 Azərbaycan Qran-prisi ilə bağlı quraşdırma işlərinin 85%-i başa çatıb.
Bununla yanaşı, Bakı treki ətrafında azarkeşlərin təhlükəsizliyini təmin etmək üçün 3 600-ə yaxın beton blok quraşdırılıb. Həmçinin izləyicilər üçün tribunalarda 16 700 oturacaq quraşdırılıb.
Azərbaycan Qran-prisi iyunun 10-12-də baş tutacaq.