“Formula 1” üzrə Azərbaycan Qran-prisini izləmək üçün Vətən müharibəsinin şəhid və qazi ailələrinə pulsuz biletlər təqdim edilib. Bu barədə iyunun 10-da Bakı Şəhər Halqasından APA-ya bildirilib.
Layihə çərçivəsində 2 000 nəfər biletlə təmin edilib.
Bu gün start götürən “Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış iyunun 12-də baş tutacaq.